AZ

Millimiz dünya çempionatında finala yüksəldi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Monteneqro ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finala yüksəlib. Millimizin həlledici matçdakı rəqibi Macarıstan - Serbiya cütünün qalibi olacaq.

Final oyunu 1 iyun tarixində keçiriləcək.

Seçilən
0
3
sportinfo.az

10Mənbələr