AZ

BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Müstəqillik Gününü Bolqarıstanın paytaxtı Sofiyada, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun dəvəti ilə keçirilən rəsmi tədbirdə qeyd ediblər.

Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.

Tədbirdə BANM-i proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri – Heydər Əliyev, Zahid Abdullayev, Rəvan Quluzadə, Nizaməddin İsrafillov, Fidan Məmmədli və Həsənəli Əsədov layiqincə təmsil ediblər.

Tələbələr tədbir çərçivəsində müxtəlif diaspor nümayəndələri ilə tanış olub, fikir mübadiləsi aparıblar.

Səfir Hüseyn Hüseynov tələbələrimizin təcrübəsi ilə maraqlanıb və fəaliyyətlərini dəstəklədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
azertag.az

10Mənbələr