Türkiyənin istirahət zonalarından biri olan Quşadasında yerləşən çimərlikdə qeyri-adi hadisə baş verib.
Publika.az Türkiyə mediasına istinadənxəbər verir ki, çöldonuzları çimərliyə daxil olaraq ərazidə çaxnaşma yaradıb.
Vətəndaşlardan bəziləri qorxub qaçarkən, bəziləri donuzları ərazidən uzaqlaşdırmağa çalışıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Çimərlik yetkililəri və bələdiyyə əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini artırıb.