AZ

Vətəndaşların bank kartlarından ötən gün 5 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Seçilən
0
2
aznews.az

10Mənbələr