AZ

Ağstafaya gedənlərə MÜHÜM XƏBƏR - FOTO 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.


Referans bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.


Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.



"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.


Seçilən
0
3
referans.az

10Mənbələr