BAKI, 30 may. TELEQRAF
İran və ABŞ hələ də İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün razılığa gəlməkdən uzaqdırlar.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
İranlı diplomat deyib: "Mətbuat İran və ABŞ arasında gözlənilən razılaşma ilə bağlı fərziyyələr aparır. Bunun əldə edildiyini deyə bilmərəm. İran səmimi şəkildə bütün tərəflərin maraqlarına cavab verəcək diplomatik nizamlanmaya çalışır. Amma bu məqsədə çatmaq üçün bütün sanksiyaları tamamilə ləğv edəcək və İranın dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsinə dair hüquqlarını qoruyacaq razılaşma lazımdır. Razılaşmaya gedən yol mediadan, sosial şəbəkədən keçmir”.
Bundan əvvəl CNN məlumat vermişdi ki, Vaşinqton və Tehran yaxın vaxtlarda nüvə proqramı ilə bağlı saziş bağlaya bilər.