İsrail Hərbi Qüvvələri Livanın cənub bölgələrinə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, yerli mediada yayılan məlumata görə, hücumlar əsasən sərhədə yaxın əraziləri hədəf alıb.
Zərbələrin dəqiq hədəfləri və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı İsrail ordusu və Livan tərəfindən hələlik rəsmi bəyanat yayılmayıb.
Musavat.com