Bakı, 29 may, AZƏRTAC
İsrail cümə axşamı ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun atəşkəs təklifini qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livit açıqlayıb.
Onun sözlərinə görə, İsrail bu təklifi HƏMAS-a göndərilməmişdən əvvəl imzalayıb. “Müzakirələr davam edir. Ümid edirik ki, Qəzzada atəşkəs əldə olunacaq və bütün girovlar evlərinə qayıdacaq”, - deyə Livit əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton