Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 95,4 milyon ABŞdolları dəyərində qızıl ixrac edilib.
Trend bubarədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininaçıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64 milyonABŞ dolları və ya 3 dəfə çoxdur. Ötən ilin ilk 4 ayında 31,4 milyonABŞ dolları dəyərində qızıl ixrac edilmişdi.
Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərindəqızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,3milyon ABŞ dolları və ya 2,3 dəfə artım deməkdir. 2024-cü ilinaprelində 12,9 milyon ABŞ dolları dəyərində qızıl ixracolunmuşdu
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.