AZ

Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Bu barədə Moderator.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək İlqar Zülfüqarov küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Seçilən
0
49
moderator.az

10Mənbələr