AZ

Cari ilin ilk rübündə Azərbaycan qeyri-neft sektoru ixracını 18% artırıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq1,1 milyard ABŞ dolları təşkil edib.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında yeyintiməhsullarının ixracı 12,1% artaraq 300,8 milyon ABŞ dollarınabərabər olub.

2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan kimya sənayesiməhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dollarıvə ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qarametallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dollarıvə ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8 %,alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları vəya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.

Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 14%artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9%artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar vəaqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,6 milyonABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci,karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neftsektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları)birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞdolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞdolları, Türkiyəyə 187,7 milyon ABŞ dolları, Gürcüstana 105,8milyon ABŞ dolları, İsveçrəyə 100,5 milyon ABŞ dolları, Ukraynayaisə 63 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac olunub.

2025-ci ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon ABŞdolları, Türkiyəyə 53,3 milyon ABŞ dolları, İsveçrə 30,9 milyon ABŞdolları, Gürcüstan 25,1 milyon ABŞ dolları, Qazaxıstan isə 14,2milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixracedilib.

2025-ci ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycanİnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin AzərbaycanRespublikasındakı Nümayəndəliyi, "UNİTED ALLİANCE GROUP LTD"Şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Baku SteelCompany" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC,"Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"BİNƏ AQRO" QSC,"Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti, "LEPIN LM" MəhdudMəsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar SənayeKompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji”ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu”ASC.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsinə 5,6milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlironun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin aprelayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dollarıdəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiyaxidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon ABŞ dolları iləBirləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 minABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Seçilən
0
17
az.trend.az

10Mənbələr