Ukrayna atəşkəs memorandumunu Rusiya tərəfinə təqdim edib.
Modern.az-ın məlumatına görə, Ukraynanın müdafiə naziri Rustem Umerov “RBC-Ukrayna”ya deyib ki, indi Rusiyanın Kiyevə atəşkəs təklifləri ilə bağlı sənədini təqdim etmək üçün azı dörd gün vaxtı var.
Umerov atəşkəslə bağlı Ukraynanın mövqeyini əks etdirən sənədi artıq Rusiya nümayəndə heyətinin rəhbərinə təhvil verdiyini bildirib.
"Onlar bu sənədi aldılar. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik işə hazır olduğunu təsdiqləyirik. Biz ruslarla görüşlərin əleyhinə deyilik və onların "memorandumu”nu gözləyirik ki, görüş boş olmasın və həqiqətən də müharibənin sonunu yaxınlaşdırsın", - o qeyd edib.
O xatırladıb ki, Rusiya tərəfi əvvəllər mübadilədən dərhal sonra “memorandumu” təhvil verəcəyini vəd edib.
“Biz Rusiya tərəfini dərhal bu vədi yerinə yetirməyə və görüşü dağıdıcı etmək cəhdlərini dayandırmağa çağırırıq: “Diplomatiya mənalı olmalıdır və yeni görüşün nəticələri olmalıdır”, - deyə Umerov bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna tərəfi ilə danışıqların ikinci raundunda iştirak etməyə hazırdır və operativ şəkildə öz memorandumunu hazırlayıb.