Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda 16-cı turda “Monreal”la qarşılaşıb. 6 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 4:2. Komandanın futbolçuları Lionel Messi və Luis Suares görüşdə dubl edib.
“İnter Mayami” 16 turdan sonra 26 xalla 6-cı sıradadır.