AZ

Müdafiə Nazirliyi rəsmisi rüşvət verib, dələduzluqla üzləşib

Azərbaycanda hərbi hissə komandiri, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işini bağlatmaq ümidi ilə 150 min manat rüşvət verib və  dələduzluğun qurbanı olub. 

“Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində başlanan cinayət işi üzrə istintaqa cəlb edilən Ələkbərov ziyanı ödəmək üçün alternativ yollar axtarıb.

Bu məqsədlə Nurəli Məmmədov adlı şəxslə əlaqə saxlayıb. Məmmədov guya yüksək vəzifəli şəxslər vasitəsilə cinayət işini bağlatdıracağını vəd edib və rüşvət adı ilə 150 min manat  verməsini tələb edib.

Ələkbərov bu məbləği kredit götürərək verib, lakin məsələ həll olunmayıb. Etirazdan sonra Məmmədov 110 min manatı  geri qaytarılıb.  Ələkbərov bu vəsaitlə dövlətə dəyən ziyanı ödəyərək cinayət işindən xilas olub.

Qalan 40 min manatı geri almağa çalışan komandir hüquq-mühafizə orqanlarına müraciət edib.

Bunun əsasında Məmmədova qarşı CM-nin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə iş açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəli Məmmədovun təqsiri sübuta yetirilib və o, 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. 

Seçilən
0
50
anews.az

10Mənbələr