Türkiyə, eyni zamanda Pakistan Azərbaycana siyasi-diplomatik dəstək verdi ki, azərbaycanlı qardaş və bacılarımız torpaqlarının azad edilməsi uğrunda mübarizədə uğura nail olsun.
“Çünki bu, səmimi qəlbdən gəlirdi və həmin amal dəstəklənməli idi. Ona görə də bu gün transformasiya olub, artıq bir qəlbdə iki ruh deyil, bir qəlbdə üç ruh var. Biz bu şüarı artıq dəyişmişik”, – deyə Pakistan Baş naziri vurğulayıb .