AZ

Osimhen ​"Qalatasaray"la bağlı qərarını verdi

"Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, futbolçu yeni kluba transfer olmaq üzrədir. “Türkiyə Gazetesi”ndə yer alan xəbərə görə, Viktor Osimhen Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ilə anlaşıb. Tərəflər transferi Türkiyə çempionatı yekunlaşandan sonra açıqlayacaq. Nigeriyalı hücumçunun mövsümün son matçında "Başakşəhər"lə oynanılacaq oyunda azarkeşlərlə vidalaşacağı irəli sürülüb.

Səudiyyə Ərəbistanı mətbuatı Osimhenin "Əl Hilal"da ildə 30 milyon dollar qazanacağını iddia edib. Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 40 oyunda 36 qol, 8 məhsuldar ötürmə ilə çıxış edib.

Seçilən
0
34
metbuat.az

10Mənbələr