AZ

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb - FOTO

Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dövlət Xəzər Gəmiçşiyi” QSC-nin (ASCO) gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.

Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib.

Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.

Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.

FOTO QALEREYA
Seçilən
0
43
avtosfer.az

10Mənbələr