Səudiyyə Ərəbistanında üzlərini gizlədən “Azad Maskalı Hərəkat”ın üzvləri İsraillə normallaşma, dünyəviləşmə və ifadə azadlığının məhdudlaşdırılmasına görə Şahzadə Salman administrasiyasına etiraz ediblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərəkatın sözçüsü "Kassab" hərbi və mülki aksiyalar keçirəcəklərini açıqlayıb və hazırkı administrasiyanı sərt tənqid edib.
"Kassab" ikinci bəyanatında Səudiyyə Ərəbistanının İsraillə hava məkanı və ticarət əməkdaşlığını da tənqid edib.
"Fələstin xalqı soyqırım yaşadığı bir vaxtda sionistlərlə qurulan əlaqələr xəyanətdən başqa bir şey deyil" deyən Kassab həmçinin dinc nümayişçilərə xitab edərək, "Əgər dəyişiklik istəyirsinizsə, üsullarınızı dəyişin", - deyib.