Hazırda Kreml Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlaşır.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, danışıqların yeri ilə bağlı hələlik qərar verilməyib.
Peskov ABŞ nümayəndəsi Keyt Kelloqun danışıqların növbəti raundunun Cenevrədə keçirilməsi ilə bağlı bəyanatına da cavab verib: "Hazırda danışıqların növbəti raundunun yeri ilə bağlı heç bir qərar verilməyib".
Bundan əlavə, mətbuat katibi bildirib ki, danışıqların yerinin həm Rusiya, həm də Ukrayna tərəfinə uyğun olması çox vacibdir.