BAKI, TurkicWorld
Kanada 51-ci ştat olarsa, Qızıl Qübbədə pulsuz iştirak edə bilər.
TurkicWorld xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Kanadanın yeni yaradılacaq Qızıl Qübbə adlı müdafiə sisteminə qoşulmaq müqabilində ABŞ-ın 51-ci ştatına çevrilmək təklifini nəzərdən keçirdiyini bildirib.
Tramp Truth Social platformasında yayımladığı açıqlamasında “Kanadaya bildirdim ki, əgər onlar Qızıl Qübbə sisteminə müstəqil, lakin qeyri-bərabər tərəfdaş kimi qoşulmaq istəsələr, bu onlara 61 milyard dollara başa gələcək. Lakin sevimli 51-ci ştatımıza çevrilsələr, bu onlara heç bir xərc yaratmayacaq” - deyə o bildirib.
Trampın sözlərinə görə, Qızıl Qübbə müdafiə sistemi kosmos, dəniz və quruda yerləşdiriləcək yüksək texnologiyalı sensorlar və müdafiə sistemlərini özündə birləşdirəcək. Onun təqribən 175 milyard dollara başa gələcəyi və 3 il ərzində fəaliyyətə başlayacağı bildirilir.
Kanadanın Baş naziri Mark Karni də məsələ ilə bağlı mövqe bildirib. O, mayın 22-də verdiyi açıqlamada ABŞ ilə Qızıl Qübbə müdafiə sisteminə qoşulmaq üçün danışıqlar apardıqlarını təsdiqləyərək, “Kanada üçün yaxşı fikirdir? Bəli, kanadalıların müdafiəsini təmin etmək yaxşı bir şeydir,” – deyə vurğulayıb.
Qeyd edək ki, bu açıqlama həm ABŞ, həm də Kanada ictimaiyyətində ciddi siyasi və təhlükəsizlik müzakirələrinə səbəb olub.