BAKI, 28 may. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Mayın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 20 avtomat silahı, 5 tapança, 8 qumbara, 12 tüfəng, 71 patron darağı və 2115 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.