Bakı. Trend:
Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000,2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pulvəsaitləri bank kartlarından oğurlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlaramüraciətində bildirilib.
Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng vəmesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbediciqazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi,mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağıtövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışmaaparılmamalıdır, dərhal bloklanmalıdır”.