AZ

Avropa yığmaları üçün yeni turnir yaradılır

Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) 2025-ci il Dünya Çempionatı ilə üst-üstə düşən illik konqresində milli komandalar üçün yeni beynəlxalq yarış – Avropa Millətlər Kuboku təşkil etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə IIHF mətbuat xidməti məlumat yayıb.

Bu turnirin yaradılmasında məqsəd Avropanın beynəlxalq fasilələri zamanı bütün milli komandalara mühüm oyunlarda iştirak etmək imkanı yaratmaqdır. Turnirdə 12 komandanın iştirakı nəzərdə tutulub.

Bundan əlavə, konqres bu ilin payızında Nitsada Qlobal Xokkey Forumunun keçiriləcəyini açıqlayıb. Forumda üç əsas sahə müzakirə olunacaq: xokkeyin inkişafı, marketinq strategiyaları və qadın xokkeyi.

Seçilən
0
50
publika.az

10Mənbələr