Bu ilin aprel ayında 154 auditor təşkilatı və 41 sərbəst auditor “Auditorun şəxsi kabineti” sisteminə ümumilikdə 915 auditor xidməti müqaviləsi daxil edib.
“Report” xəbər verir ki, bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatında bildirilir.
Daxil edilən müqavilələrdən 5-i “icra olunub”, 498-si üzrə “rəy verilib”, 412 müqavilə isə “icradadır” statusu ilə sistemdə qeydə alınıb.
Məlumata əsasən, ay ərzində sistemə daxil edilmiş 829 MHA (Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) hesabatlarının auditi) müqaviləsindən 490-ı məcburi, 339-u isə könüllü audit subyektlərinə aid olub. Bu da müvafiq olaraq 59,1 % və 40,9 % təşkil edir.