Bakı. Trend:
Ölkənin aparıcı banklarından olan ASC “Xalq” Bankı 2024-cü ilüzrə audit hesabatını təqdim edib. Konsolidasiya edilmiş maliyyəhesabatlarının auditini “böyük dördlüyə” daxil olan KPMG şirkətiaparıb.
Hesabatda qeyd edilir ki, 2024-cü ilin 31 dekabr tarixinə faizgəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 181.3mln. manat, qeyri-faiz gəlirləri isə 38% artaraq 58.7 mln. manattəşkil edib. Gəlir və xərclər fərqindən sonra mənfəət 82.4 mln.manat təşkil edib və bu məbləğin 16.5 mln. manat hissəsi mənfəətvergisi olaraq ödənilib. Bununla da konsolidasiya edilmiş xalismənfəət 2024-cü ili üzrə 65.9 mln. manat təşkil etmişdir. Qeyd edəkki, 2023-cü ilin müvafiq dövründə bu göstərici 64.6 mln. manattəşkil etmişdi (2% artım).
Konsolidasiya edilmiş aktivlərin həcmi hesabat dövrünün sonuna3041.8 mln. manat təşkil etmişdir. Kredit portfelinin həcmi artaraq1862.9 mln. manat, depozitlərin həcmi 1943.5 mln. manat təşkiletmişdir, cəmi kapital isə 501.1 mln. manata çatmışdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.