AZ

Leysan və dolu XƏBƏRDARLIĞI

Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Gundem.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Seçilən
0
36
gundem.az

10Mənbələr