AZ

Premyer Liqa klubu bu şəxsi baş məşqçi postuna gətirməyəcək! - SON DƏQİQƏ

Bir müddət əvvəl «Sumqayıt»ın sükanı arxasından ayrılan Vaqif Cavadovu «Kəpəz»də görməyəcəyik.

Azər Bağırovla vidalaşan Gəncə təmsilçisi onu vəzifə başına gətirməyəcək.

«Sarı-göylər» adıçəkilən mütəxəssislə heç bir danışıqlar aparmayıb. Bu təyinatla bağlı yayılan xəbərlər isə qəsdən dövriyəyə buraxılıb.

Özü də «Kəpəz»in idarəçiləri tərəfindən. Məqsəd ictimai reaksiyanı öyrənməkdir.

Gerçək namizədlər başqalarıdır. Həmin siyahıda Cavadovun nə adı var, nə tozu.

Onlar cəmi 3 nəfərdir. Yeni təyinat iyunda gerçəkləşəcək.

SPORTİNFO.AZ

Seçilən
0
49
sportinfo.az

10Mənbələr