AZ

Bu nazirliklər büdcəyə qənaət ediblər

2024-cü il dövlət büdcəsindən funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə üst-üstə sifarişçi təşkilatların xərc sifarişlərinə əsasən, 11064,1 milyon manat məbləğində vəsait sərf edilib.

Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.

2024-cü ildə “Elm” köməkçi bölməsi üzrə icra edilmiş xərclərin inzibati təsnifata uyğun olaraq. 74,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 43,8 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyasının, 16,6 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 7,6 milyon manatı Milli Arxiv İdarəsinin, 7,3 milyon manatı Ədliyyə Nazirliyinin, 5,7 milyon manatı Mədəniyyət Nazirliyinin, 2,3 milyon manatı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, 13,8 milyon manatı digər elmi müəssisə və tədbirlərin, 26,6 milyon manatı isə bu sahə üzrə dövlət adından yaradılan publik hüquqi şəxslərə ayrılan vəsaitlərin payına düşür.

2024-cü ildə dövlət büdcəsindən təhsil bölməsi üzrə xərc edilmiş vəsaitin 3567,9 milyon manatı və ya 81,3 faizi Elm və Təhsil Nazirliyinin payına düşür.

Səhiyyə Nazirliyinə 2024-cü ildə 291,2 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 24,2 milyon manat və ya 9,1 faiz çoxdur.

Seçilən
0
12
publika.az

10Mənbələr