AZ

Marsdakı qara cizgilər su ilə deyil, toz və küləklə bağlıdır – Alimlərdən yeni açıqlama

Mars səthində müşahidə olunan və illərdir duzlu maye suyun izləri kimi qəbul edilən qara yamac cizgiləri ilə bağlı elmi yanaşmalar dəyişməkdədir. Son onillikdə aparılan geniş araşdırmalar bu sirli izlərin su ilə əlaqəsini şübhə altına alıb.

Olaylar.az xəbər verir ki, yeni elmi nəticələrə əsasən, bu cizgilər "təkrarlanan yamac cizgiləri" adlandırılan müvəqqəti formalaşmalardır və onların yaranması maye suyun təsiri ilə deyil, Marsın səthindəki külək və toz hərəkətləri ilə bağlıdır.

Alimlər yarım milyondan çox belə cizgini təhlil edərək, nə temperatur dəyişikliyi, nə də rütubət göstəricilərinin bu izlərlə əlaqəli olduğunu müəyyən ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu cizgilər Marsın incə atmosferində küləyin sürətinin dəyişməsi və səthə toplanan tozun sürüşməsi nəticəsində əmələ gəlir.

Beləliklə, əvvəllər "Marsda su ola bilər" ehtimalını gücləndirən bu izlərin əslində geoloji və iqlim faktorlarının təsiri ilə formalaşdığı düşünülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

10Mənbələr