Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
xxx
09:17
Binəqədidə "Motodrom" adlanan sahə yanır.
Bu barədə Day.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.