Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
09:13
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Report.az-a istinadən yanğının görüntülərini təqdim edirik:
Bizim.Media