AZ

AQTA-nın tenderi ləğv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin pərdələrin təmizlənməsi ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 14 671 AZN olub.

 

Cabir Həsənov

Tarix: 27 May 2025, 08:25   
Seçilən
0
4
pravda.az

10Mənbələr