AZ

“WhatsApp”da mesajlarla bağlı yenilik -

“WhatsApp” veb versiyasa üçün yenilik üzərində işləyir.Metbuat.az xəbər verir ki, yeniliyə əsasən bütün çatlarda paylaşılan fotolar, videolar, GIF-lər, sənədlər və keçidlər bir yerdə toplanacaq. İstifadəçilər media məzmununa daxil olmaq üçün artıq söhbətlərə ayrı-ayrı daxil olmaq məcburiyyətində qalmayacaqlar. Yeni media mərkəzinə “WhatsApp web”in panelinə əlavə olunacaq xüsusi tab vasitəsilə daxil olmaq mümkün olacaq. Burada istifadəçilər bütün media məzmununu tarixə, fayl ölçüsünə və ya göndərənə görə çeşidləyə, həmçinin axtarış edə biləcəklər.

Yeni funksiyaya media fayllarının kimin göndərdiyi və nə vaxt göndərildiyi kimi məlumatlar da daxil olacaq. Seçim funksiyası sayəsində istifadəçilər eyni anda birdən çox məzmunu seçə və asanlıqla silə, endirə biləcəklər.

Seçilən
0
15
metbuat.az

10Mənbələr