AZ

Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb"

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum. Cəzamın 2 il 5 ayını çəkmişəm, cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb".

Bunu Oxu.Az-a açıqlamasında Əfv Sərəncamından yararlanan Əkbər Rəhimov deyib.

O bildirib ki, bundan sonra öz işinə davam edəcək:

"Aşpaz işləyirdim. Yenidən öz işimə davam edəcəyəm. Çox sevinirəm. Cənab Prezidentə təşəkkür edirəm ki, bizi əfv edib, ailəmizə qovuşdurdu".

Milli.Az

Seçilən
0
50
milli.az

10Mənbələr