Nəvahi qəsəbəsində 11 ədəd fərdi yaşayış evi tikiləcək.
Hit.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Safari” şirkəti seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 715 000 manatdır.
Abbas