AZ

Bankın 51 %-lik səhmi SOCAR-a keçir – hüquqi prosedurlar yekunlaşmayıb

“Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinə dair prosedurlar hələ tamamlanmayıb (davam edir).

Busaat.az Report.az-a istinadən xəbər verir.

Kredit təşkilatının SOCAR-ın nəzarətinə keçməsi ilə bağlı qərar səhmdarların ötən ilin iyul ayında keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Seçilən
0
1
busaat.az

10Mənbələr