AZ

® “Kapital Bank”ın 30 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi başa çatıb

“Kapital Bank”ın ümumi dəyəri 30 milyon manat olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 2025-ci il 21 may tarixində Bakı Fond Birjasında başa çatıb.

55 investorun iştirak etdiyi yerləşdirmədə sifarişlərin həcmi 42 milyon 317 min 900 manat təşkil edib. Ümumilikdə, 50 fiziki şəxs tərəfindən 28 milyon 317 min 900 manat, 5 hüquqi şəxs tərəfindən 14 milyon manat həcmində sifariş verilib. İstiqrazların yerləşdirilməsi 23 may tarixində uğurla yekunlaşıb.

Qeyd edək ki, istiqrazların nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11 faiz, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 1 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“Kapital Bank” istiqrazları vətəndaşlar üçün et ibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq “Kapital Bank” Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Seçilən
0
20
azertag.az

10Mənbələr