AZ

“İnanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik” - Aytac Muxtarzadə, PAŞA Holding-in qrup üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri

Bakı. Trend:

Müsahibə götürən: Salam, Aytac xanım. Bizimləsöhbət üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. Bilirik ki,“PAŞA Holding” bir çox törəmə şirkəti olan iri bir strukturdur vəcəmiyyətə təsiri də böyükdür. Müsahibədə elə bu təsir barədədanışmaq istərdik.

Aytac Muxtarzadə: Sabahınız xeyir, dəvət üçüntəşəkkür edirəm! Həqiqətən də müsbət təsir yaratmaq və daha davamlıbir dünyanın qurulmasına töhfə vermək bizim stratejiprioritetlərimizdən biridir

Fəaliyyət göstərdiyimiz cəmiyyət üçün müxtəlif istiqamətlərdə -yüksək səviyyəli müştəri xidmətləri göstərməkdən və iqtisadi artımıdəstəkləməkdən tutmuş dayanıqlı inkişaf, əməkdaşların rifahı,sosial məsuliyyət və innovasiyaların təşviqinə qədər - dəyəryaradırıq. Bu istiqamətlər pərakəndə təşəbbüslər deyil,uzunmüddətli nəticələrə yönəlmiş kompleks bir strategiyanın tərkibhissəsidir. Biz inanırıq ki, biznes gələcəyin formalaşmasında mühümrol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik.

Müsahib götürən: Gəlin elə ötən il ölkəmizdəbaş tutmuş ən önəmli məqamlardan biri olan COP29 konfransı vədayanıqlılıq mövzusu barədə danışaq. “PAŞA Holding”in bu sahəyəverdiyi töhfələrlə tanışlıq bir çoxlarına maraqlı olardı. Buistiqamətdə konkret olaraq hansı addımlar atılıb?

Aytac Muxtarzadə: Dayanıqlı inkişaf uzunillərdir ki, “PAŞA Holding”də strategiyamızın ayrılmaz hissəsidir —bu istiqamətdə fəaliyyətimiz Bakı COP29-u qəbul edən tərəf kimiseçilməsindən xeyli əvvəl başlamışdı. Lakin konfransın keçirilməsibu sahədə daha fəal iş üçün əlavə stimul oldu.

Ötən il ərzində biz ətraf mühitə mənfi təsirin azaldılması,bərpa olunan enerji mənbələrinin inkişafı və dayanıqlı biznespraktikalarının tətbiqi istiqamətində bir sıra təşəbbüslərigenişləndirdik. Biz “yaşıl” maliyyə layihələrini dəstəkləyir,ekoloji baxımdan təmiz həlləri tətbiq edirik və davamlı yanaşmalarıfəaliyyətimizin bütün sahələrinə inteqrasiya etməyə çalışırıq.

Eyni zamanda, iqtisadiyyatın müxtəlif sektorlarında məsuliyyətlibiznes təcrübələrinin yayılmasına şərait yaradan tərəfdaşlıqlarıinkişaf etdiririk. Banklarımız COP29 çərçivəsində razılaşdırılmışmilli iqlim maliyyələşdirmə məqsədlərinə dəstək verməkdə mühüm roloynayır. Biz, həmçinin, bütün maliyyə və qeyri-maliyyəaktivlərimizin şirkətin iqlim prioritetləri və strateji hədəfləriilə uzlaşdırılmasına nail olmağa çalışırıq.

Müsahib götürən: Bəs sırf Konfrans zamanı “PAŞAHolding” nələr edib?

Aytac Muxtarzadə: “PAŞA Holding” COP29-da fəaltərəfdaşlardan biri kimi iştirak edərək, bir sıra dərin məzmunlugörüş və müzakirələr təşkil etdi, beynəlxalq və regionaltərəfdaşlarla əməkdaşlıq qurdu və dayanıqlı gələcəyə dair özbaxışını təqdim etdi. Yaşıl Zonada holdinqimizin stendiniquraşdırdıq və törəmə şirkətlərimiz — “PAŞA Bank”, “Kapital Bank”,“PASHA Insurance”, “PASHA Life”, “AgroDairy” və “PASHA RealEstate”in iştirakı ilə tematik sessiyalar keçirdik. Əsas diqqətiqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı və özəlsektorun inklüziv “yaşıl” keçiddə rolu məsələlərinə yönəldi.

Bu iştirak bizə təcrübə mübadiləsi aparmaq, beynəlxalqtərəfdaşlarla əlaqələri gücləndirmək və iqlim dəyişikliklərinəqarşı mübarizədə müxtəlif yanaşmaları araşdırmaq imkanı yaratdı.Dövlət strukturlarının, beynəlxalq təşkilatların və özəl sektorunnümayəndələri ilə qarşılıqlı fəaliyyət çərçivəsində biz həmAzərbaycanda, həm də onun hüdudlarından kənarda davamlıtəşəbbüslərin həyata keçirilməsi üçün potensialıgenişləndirdik.

Ümumilikdə , qeyd etdiyim kimi, davamlı inkişaf strategiyamızınəsas istiqamətlərinə ekoloji izlərin minimuma endirilməsi,karbonsuzlaşdırma və “yaşıl” enerjiyə keçidlə bağlı layihələrəinvestisiyalar, habelə iqlim dəyişikliyinin nəticələrinin aradanqaldırılması üçün texnoloji həllərin tətbiqi daxildir. Gələcəkdəbütün törəmə şirkətlərimizdə mövcud proseslərin hərtərəflidiaqnostikasını və təhlilini aparmaq, CO₂ emissiyalarınınazaldılması üzrə aydın məqsədlər müəyyən etmək və müştərilərimizəonların ekoloji keçid çərçivəsində dəstək təklif etmək planımızvar.

Müsahibə götürən: Çox maraqlı məlumat oldu,təşəkkür edirəm. İndi isə, icazənizlə, digər, lakin az əhəmiyyətliolmayan mövzuya — ölkə iqtisadiyyatına keçmək istərdim. 2024-cüilin əsas iqtisadi hadisələri barədə danışa bilərsinizmi?

Aytac Muxtarzadə: Bu, həqiqətən də, vacibmövzudur. 2024-cü ildə “PAŞA Holding” dövlət büdcəsinə 443 milyonmanat məbləğində vergi ödəyib. Biz bundan sonra da ölkənin ən irivergi ödəyicilərindən biri olaraq qalacağımıza ümid edirik. Eynizamanda, fəaliyyətimiz yalnız vergi ödəməkdən ibarət deyil. Əməkyerlərinin yaradılması və əməkdaşlara dəstək göstərilməsi iqtisadiinkişafda mühüm rol oynayır. 2024-cü ildə “PAŞA Group”unstrukturunda 22 mindən çox insan çalışıb. Bu, ölkənin ən böyükişəgötürənlərindən biri kimi rolumuzu və iqtisadi rifahınartırılmasına olan sadiqliyimizi əks etdirir.

Bununla yanaşı, 2023-cü ildə biz kiçik və orta sahibkarlığa vəsığorta sektoruna dəstək göstərmək məqsədilə Kiçik və Orta Biznesinİnkişafı Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və digərqurumlarla birgə layihələr həyata keçirmişik. Bu layihələrininnümunələrindən biri 2023-cü ilin aprel ayından etibarən “PAŞAHolding”in dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi iləƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyatakeçirilən “Qarabağ KOB-ları” proqramıdır. 2024-cü ilə qədər buproqram çərçivəsində şəhid ailələrinin, qazilərin və müharibəiştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq və onlarınməşğulluğunu artırmaq məqsədilə təxminən 70 kiçik və ortasahibkarlıq subyekti yaradılıb və lazımi resurslarla təmin olunub.2024-cü ildə biz “Ailə Biznesinə Asan Dəstək” proqramının həyatakeçirilməsini davam etdirdik. Bu proqramın əsas hədəfi - kiçikbiznesin inkişaf etdirilməsi və iqtisadiyyatıngücləndirilməsidir.

Biz kənd təsərrüfatının inkişafına da xüsusi diqqət ayırmışıq.Törəmə şirkətimiz olan “Agro Dairy” 2021–2024-cü illərdəHacıqabulda 650 fermer üçün müasir aqrotexniki metodlar üzrətəlimlər keçirib. Eyni zamanda, aqronomların toxumçuluq sahəsindəpraktiki biliklərini paylaşdığı “açıq qapı günləri” mütəmadi olaraqtəşkil olunub.

Müsahibə götürən: Maraqlıdır. Elə sizinşirkətlərinizin fəaliyyəti də birbaşa olaraq iqtisadiyyata təsirgöstərir.

Aytac Muxtarzadə: Elədir. 2024-cü ildətərəfimizdən bazara iki şirkət təqdim edilib: “Future Lab” və “BirEcosystem” və bu şirkətlərin iqtisadiyyata verdiyi təhfəni ayrıcavurğulamaq istərdim.

“Future Lab” “PAŞA Holding”in strukturunda yer alan innovasiyamərkəzidir və başlıca məqsədi yeni məhsulların və həllərinhazırlanması, sınaqdan keçirilməsidir. Daha önəmlisi isə odur ki,bu şirkət həm qrupumuzun biznes ehtiyaclarını qarşılamaq, həm dəvətəndaşların tələblərinə uyğun məhsulları bazara sürətlə təqdimetmək məqsədini daşıyır ki, bu da birbaşa olaraq cəmiyyətə töhfədeməkdir.

“Bir Ecosystem”inə gəlincə, bu ekosistem ölkənin maliyyə vəbiznes mühitini transformasiya edir. “Birbank”, “m10”, “MilliÖN”,“Umico.az”, “BakıKart” və “Trendyol Azerbaijan” kimi xidmətlərvahid platformada bir araya gətirərək, Ekosistem müştərilərəmaliyyə və rəqəmsal xidmətlərə rahat çıxış imkanı yaradır, onlarıntəchhizatçılarla arasında əməkdaşlığı stimullaşdırır. Məqsədistifadəçilərin gündəlik həyatının təbii bir hissəsinə çevrilmək,fərdiləşdirilmiş həllər təqdim etməklə maliyyə imkanlarına çıxışıyaxşılaşdırmaq və ümumilikdə ölkədə müştəri təcrübəsini növbətisəviyyəyə qaldırmaqdır.

2024-cü ildə biz, məsələn, müştəri xidmətinin keyfiyyətini vərahatlığını artırmaq məqsədilə bir sıra rəqəmsal yenilikləri tətbiqetdik. Onların arasında rəqəmsal depozit funksiyaları, kartlaraabunə imkanı, “BakıKart” üçün QR ödənişlər, “Umico” bonusları iləhesabların ödənilməsi, süni intellekt əsaslı çat dəstəyi vəkartların sadələşdirilmiş identifikasiyası yer alır.

Müsahibə götürən: Müştərilər barədə danışdıq.Gəlin əməkdaşlara keçək. Siz qeyd etdiniz ki, əməkdaşların rifahı“PAŞA Group”un əsas prioritetlərindən biridir. Zəhmət olmasa,şirkətin bu sahədə gördüyü işlər barədə ətraflı danışardınız?

Aytac Muxtarzadə: Artıq qeyd etdiyim kimi,hazırda “PAŞA Group”da 22 mindən çox əməkdaş çalışır. Onlarınrifahı və işdən məmnunluğu bizim yalnız vəzifəmiz deyil, eynizamanda, komandanın motivasiyasını və səmərəliliyini təmin edənəsas amildir. Biz mütəmadi olaraq əməkdaşlar arasında məmnunluqsorğuları keçirir, rəy toplayır və onu iş proseslərinintəkmilləşdirilməsi üçün istifadə edirik. Eyni zamanda, peşəkartəlim və inkişaf məsələlərinə xüsusi diqqət yetirilir.

Artıq bir neçə ildir ki, “PAŞA Hub” mərkəzi əməkdaşlarıninkişafına və yüksəlişinə yönəlmiş strukturlu proqramlarınkeçirildiyi məkan kimi çıxış edir. Bu yaxınlarda “pashahub.az” adlırəqəmsal platformanı istifadəyə verdik. Bu platformada daxilikomandamız, rəhbərlər və əməkdaşlar tərəfindən hazırlanmış müxtəliftəlim məzmunları toplanıb. Qeyd edim ki, 2024-cü ildə biz təlim vəinkişaf sahəsinə ümumilikdə təxminən 8 milyon manat sərmayəqoymuşuq.

Bununla yanaşı, 2018-ci ildən etibarən “Synergy” proqramını dahəyata keçiririk. Bu proqram tematik tədbirlər, icma fəaliyyətləri,müsabiqələr həyata keçirərək daxili əməkdaşlığı, bilik və təcrübəmübadiləsini gücləndirməyi hədəfləyir. İnnovasiya mədəniyyəti vədaimi peşəkar inkişaf şirkətimizin əsas istiqamətlərindən biriolaraq qalmaqdadır. İnnovativ təşəbbüsləri dəstəkləmək üçün“Kickbox” layihəsini tətbiq etmişik ki, bu layihə əməkdaşlaraideyalarını təqdim etmək və onları şirkət daxilində startap kimireallaşdırmaq üçün sərmayə cəlb etməyə imkan yaradır.

Müsahibə götürən: Son zamanlar sosial mediada“PAŞA Holding”in Liderlik DNT-si barədə geniş sayda paylaşımlargörürük.

Aytac Muxtarzadə: “PAŞA Holding” olaraqliderlik potensialının inkişafına da böyük önəm veririk. 2024-cüildə biz “Liderliyin DNT-si” adlı yeni konsepsiyanı təqdim etdik.Bu yanaşma effektiv rəhbərin əsas keyfiyyətlərini – şəxsi inkişafı,komanda idarəetmə bacarığını və biznes proseslərinə təsir imkanınıehtiva edir.

Bu çərçivədə “PAŞA Leadership Journey” adlı 9 aylıq proqrambaşlayıb. Proqram yüksək rəhbər vəzifəsində çalışanlar üçün nəzərdətutulub və il ərzində Qrupun müxtəlif strukturlarından 100-dən çoxliderin iştirakı planlaşdırılır. Paralel olaraq, strateji təfəkkür,idarəçilik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş“Leading Lights” proqramının gerçəkləşdirilməsi də davam etdirilir.Bu proqrama mentorluq, ekspert sessiyaları və komanda təlimləridaxildir.

Bütün bu təşəbbüslər şirkətin inkişafını səmərəli şəkildə təminedə biləcək güclü və uzaqgörən rəhbərlik heyətinin formalaşmasınaolan sadiqliyimizi əks etdirir.

Müsahibə götürən: Çox maraqlıdır, təşəkküredirəm. İndi isə korporativ sosial məsuliyyət mövzusuna keçməkistərdim. 2024-cü ildə “PAŞA Holding” tərəfindən bu sahədə həyatakeçirilmiş layihə və təşəbbüslər barədə bir az ətraflı danışabilərsiniz?

Aytac Muxtarzadə: Korporativ sosial məsuliyyətbizim fəlsəfəmizin mərkəzində durur. Biz səmimi olaraq inanırıq ki,biznes öz fəaliyyət göstərdiyi cəmiyyətin rifahına töhfə verməyəborcludur. Biz çox sadə bir qaydanı əsas tuturuq: nə qədər çoxinkişaf ediriksə, cəmiyyətə bir o qədər çox geri qaytarırıq. Qeydedim ki, biz hər il Korporativ Sosial Məsuliyyət (KSM)fəaliyyətlərinə təxminən 50 milyon manat ayırırıq. Bizim KSMfəaliyyətimiz geniş sahələri əhatə edir; bunların arasında təhsil,qadınların imkanlarının genişləndirilməsi və səhiyyə əsasistiqamətlərdəndir.

Təkcə təhsil sahəsinə 2024-cü ildə 15 milyon manat vəsaitayrılıb. Təhsil sahəsində icra etdiyimiz əsas layihələrdən biri“Əlaçı” təqaüd proqramıdır. İstedadlı tələbələr üçün nəzərdətutulan “Əlaçı Təqaüd Proqramı” çərçivəsində 110 tələbəyə maliyyədəstəyi, mentorluq və peşə yönümü üzrə imkanlar təqdim olunub.

Səhiyyə istiqamətinə gəlincə, xüsusilə ehtiyac içində olanuşaqlar üçün tibbi yardımın əlçatanlığının təmin olunması biziməsas prioritetimizdir. Məsələn, şirkətimizin dəstəyi ilə keçirilmiş“Soyuq Əllər, İsti Ürək” adlı xeyriyyə yarmarkası sayəsində ağırxəstəliklərdən əziyyət çəkən 7 uşağın əməliyyat və müalicə xərcləritam qarşılanıb. Tərəfimizdən dəstəklənən oxşar layihələrin sayıhəqiqətən çoxdur.

Nəhayət, qadınların dəstəklənməsi bizim strategiyamızın ayrılmazhissəsidir. Beynəlxalq Qadınlar Günü münasibətilə 60 qadınsahibkarın, o cümlədən, kənd yerlərindən olan 15 qadının özbizneslərini təqdim etməsi və inkişaf etdirməsi üçün “Qadın Bazarı”adlı festival təşkil edildi. Bundan əlavə, "Kapital Bank" həssasqruplardan olan qızlar üçün “Arzumuz var” adlı təqaüd proqramınastart verdi. PAŞA Bank və ADA Universiteti qadın sahibkarlara əməkbazarının müasir tələblərinə uyğunlaşmağa kömək edən “Dəyişikliklərprosesində qadınlar” təşəbbüsünü həyata keçirdi. Biz, eyni zamanda,“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ” layihəsinə dəstəyidavam etdirdik. Bu çərçivədə aqrar sektorda fəaliyyət göstərənqadın sahibkarlara təlim və lazımi avadanlıqlar təqdim olundu. Südvəzi xərçəngi və erkən diaqnostikanın əhəmiyyəti barədəməlumatlılığın artırılmasına yönəlmiş “GüclüSən” layihəsiçərçivəsində “PASHA Sığorta” da mühüm rol oynadı. Eyni zamanda,“PAŞA Bank Türkiye” Türk Təhsil Fondu (TEV) ilə əməkdaşlıqçərçivəsində “Gələcəyin qadın menecerləri” təqaüd fondunuyaradıb.

Müsahibə götürən: Şirkətləriniz bu üçistiqamətdən kənar da sosial layihələr icra edir.

Aytac Muxtarzadə: Doğrudur. Məsələn, 2024-cüilin ən əlamətdar layihələrindən biri Azərbaycanda ilk inklüziv“Kaşalata” kafesinin açılması oldu. Biz bu layihəni sponsor kimidəstəklədik. Kafe 20 gəncə, o cümlədən, xüsusi qayğıya ehtiyacıolan şəxslərə iş imkanı yaratdı, onların sosial inteqrasiyasına vəbərabər imkanlara töhfə verdi. “PAŞA Holding”in törəmə qurumu olan“PAŞA Bank” da “Gənclərin imkanlarını genişləndir: təhsilə sərmayəqoy” layihəsi çərçivəsində ADA Universiteti ilə birgə əlilliyi olanuşaqlara dəstək göstərdi. Bu təşəbbüs yaradıcılıq ustad dərslərinivə şəxsiyyətin inkişafı ilə sosial inteqrasiyaya həsr olunmuş təlimsessiyalarını əhatə edirdi.

Şəhid və veteran ailələrinin dəstəklənməsi prioritetistiqamətlərdən biri olaraq qalır. 2024-cü ildə “PAŞA Holding” 44günlük Vətən müharibəsi, sentyabr təxribatları və anti-terrorəməliyyatlarında şəhid olanların ailələrinə dəstək məqsədilə 2milyon manat ayırdı. “Vətən əmanətlərinin keşiyindədir” layihəsiçərçivəsində şəhid övladlarına bayram hədiyyələri, məktəbləvazimatları və normalda top menecerlərin əldə etdiyi səviyyədəpremium tibbi sığorta təqdim olunur.

Biz hər zaman mədəni layihələri dəstəkləməyə davam edirik. Artıqbir neçə ildir ki, “PAŞA Holding” Bakı Caz və Fortepianofestivallarının təşkilinə dəstək göstərir. 2024-cü ildə MədəniyyətNazirliyi və Milli İncəsənət Muzeyi ilə birgə dahi alman bəstəkarıYohann Sebastyan Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlıkonsert təşkil olunub. "PAŞA Həyat" da mədəni irsin qorunması vətəbliği məqsədilə IRS nəşriyyatının kitablarının nəşrinə dəstəkverməklə bu sahəyə töhfə verir.

Həssas əhali qruplarının dəstəklənməsi də diqqət mərkəzindədir.2024-cü ildə aşağı gəlirli insanlara yardım məqsədilə təxminən 5milyon manat ayrılıb. Yeni dərs ili ərəfəsində aztəminatlıailələrdən olan şagirdlər üçün “Birincilər” layihəsi həyatakeçirilib. Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkəninmüxtəlif bölgələrində 11 min 600-dən çox uşaq məktəbli forması,ləvazimat və çanta ilə təmin olunub.

Sonda isə idmanın inkişafına olan sadiqliyimizi vurğulamaqistərdim. Biz və törəmə şirkətlərimiz ənənəvi olaraq AzərbaycanVoleybol, Boks, Gimnastika, Atçılıq federasiyalarını vəintellektual oyun klublarını dəstəkləyirik. 2024-cü ildə “PASHABank Georgia” Gürcüstan Şahmat Federasiyasının tərəfdaşı oldu.Birgə təşəbbüs şahmat təhsilinin inkişafı, istedadlı yeniyetmələrinyetişdirilməsi və uşaqlar arasında şahmatın populyarlaşdırılmasınayönəlib.

Müsahibə götürən: Sonda daha bir mühüm mövzuyatoxunmaq istərdim – innovasiyalar. Son xəbərlərdən və sosialşəbəkələrdəki aktiv iştirakınızdan görmək olur ki, “PAŞA Holding”bu sahəyə xüsusi önəm verir. 2024-cü ildə bu istiqamətdə görülənişlər barədə məlumat verə bilərsiniz?

Aytac Muxtarzadə: Bəli, tamamilə haqlısınız –biz innovasiyaların həm Azərbaycanda, həm də fəaliyyətgöstərdiyimiz daha geniş regionda dəstəklənməsi və inkişafetdirilməsinə səmimi şəkildə sadiqik. 2024-cü ildə innovativinkişafın stimullaşdırılması strategiyamız çərçivəsində bu sahəyətəqribi 13 milyon manat sərmayə qoymuşuq.

Sirr deyil ki, “PAŞA Holding” Azərbaycanda ilk vençur fondununyaradılmasına dəstək göstərib. Bununla yanaşı, şirkətkibertəhlükəsizlik məktəbinin təsis edilməsində iştirak edib.Xüsusilə “Holberton School” məktəbinin Azərbaycanda açılmasındaiştirakımızı vurğulamaq istəyirəm – bu, gənc mütəxəssislərəinformasiya texnologiyaları sahəsində nəzəri və praktiki bilikləribir arada təqdim edən, Silikon Vadisində tətbiq olunan qabaqcılproqramlara əsaslanan, dünya səviyyəli bir təhsil müəssisəsidir.Tədris istehsalat təcrübəsinə köklənmiş innovativ metodlardanistifadə ilə sahənin ekspertləri tərəfindən həyata keçirilir.

“PAŞA Holding”in təşkil etdiyi önəmli təşəbbüslərdən biridə“PASHA Hackathon 4.0” olub. Builki hakaton "PashaPay” üçün yenihəllərin tapılmasına həsr olunmuşdu və 48 saatlıq texnoloji yarışformatında keçirilərək innovativ məhsulların hazırlanmasınayönəldilmişdi. Artıq dördüncü dəfə keçirilən bu illik tədbir gəncistedadlar arasında innovativ düşüncə mədəniyyətinin formalaşmasınakömək edir və ölkədə dayanıqlı innovasiya mühitinin inkişafınıdəstəkləyir.

Ümumiləşdirəsi olsaq, Holdinq yalnız özü innovativ həll yolarınıtəqdim etməklə deyil, eyni zamanda ölkədə və regionda innovasiyaekosisteminin inkişafına dəstək göstərməklə innovativ mədəniyyətəsadiqliyini nümayiş etdirir.

Müsahibə götürən: PAŞA Holding və innovasiyasözləri yanaşı gələndə ağıla ilk İnmerge sammiti gəlir. Bununlabağlı nə deyə bilərsiniz?

Aytac Muxtarzadə: 2024-cü ildə artıq dördüncüdəfə təşkil olunan bu sammit Bakıda 5000-dən çox iştirakçını biraraya topladı. Bu illik sammitin məqsədi Azərbaycanda və MərkəziAvrasiya regionunda innovasiya ekosisteminin inkişafını təşviqetməkdir. O, aparıcı korporasiyaları, tənzimləyici qurumları vəstartapları birləşdirir, əməkdaşlıq üçün imkanlar yaradır vəekosistemin bütün iştirakçıları arasında bilik və təcrübəmübadiləsinə şərait yaradan bir platforma rolunu oynayır.

2024-cü ilin zirvə toplantısında çıxış edən görkəmli şəxslərarasında “YouTube”un həmtəsisçisi Stiv Çen, “Amazon”un texnikidirektoru və vitse-prezidenti Verner Foqels, “Starbucks”ınhəmtəsisçisi Zev Ziql, “Waze”in qurucusu Uri Levin, Harvard BiznesMəktəbinin professoru Linda Hill, Stenford Universitetininprofessoru İlya Strebulaev və “Avito” şirkətinin keçmiş başdirektoru Vladimir Pravdivıy da var idi. Ümumilikdə sammitinproqramında dünyanın aparıcı şirkətlərini təmsil edən 160-dan çoxspiker iştirak edib. Bu təşəbbüsü bu il də həm Azərbaycanda, həm dəqonşu ölkələrdə davam etdirməkdən məmnunuq.

Eyni zamanda, qeyd etməliyəm ki, INMerge 2024 sammitiçərçivəsində “INMerge” Vençur Fondu təsis olunub. Fonduntəsisçiləri "PASHA Innovations", İnnovasiya və Rəqəmsal İnkişafAgentliyi, Azərbaycan İnvestisiya Şirkəti və “Trendyol Group” olub.Bu fond Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada, eləcə də, YaxınŞərq və Şimali Afrika ölkələrində perspektivli startaplara sərmayəqoyacaq və bu dinamik bazarlarda innovativ həllərin inkişafınatöhfə verəcək.

Müsahibə götürən: Müsahibəyə görə təşəkküredirəm, Aytac xanım. Bu, həqiqətən, çox faydalı və maarifləndiricibir söhbət oldu.

Aytac Muxtarzadə: Mənə də xoş oldu. Dəvətinizəgörə təşəkkür edirəm.

Seçilən
0
50
az.trend.az

10Mənbələr