AZ

Kreml Türkiyəyə sülh təşəbbüslərinə görə təşəkkür edib

BAKI, TurkicWorld

İstanbul danışıqlarına görə Türkiyəyə minnətdarıq.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlara verdiyi dəstəyə görə təşəkkür edib.

O, Moskvada jurnalistlərlə görüşündə “İstanbulda danışıqlar üçün təmin etdiyi ideal şəraitə görə Türkiyəyə minnətdarıq”, – deyə bildirib. Peskov, həmçinin Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri zamanı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşəcəyini, danışıqlarda Ukrayna böhranının əsas müzakirə mövzusu olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda baş tutan əvvəlki danışıqlarda bir sıra ilkin razılaşmalar əldə olunmuşdu, lakin bu proseslər sonradan dayandırılıb və müharibə davam edir.

Seçilən
0
45
turkic.world

10Mənbələr