ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı hərəkətlərindən kəskin narazılığını bildirib və onları “qəbuledilməz” adlandırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Nyu-Cersi hava limanında jurnalistlərlə söhbətində bildirib.
"Putinlə nə baş verdiyini bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə anlaşmışıq. Amma indi o, şəhərlərə raketlər atır, insanları öldürür və bu, mənim xoşuma gəlmir", - Tramp deyib.
O bildirib ki, indi “tamamilə” yeni sanksiyalar tətbiq etməyi düşünür. Daha sonra Tramp özünün "Truth Social" sosial şəbəkəsində Volodimir Zelenskinin ritorikasını da tənqid edib. Onun sözlərinə görə, Ukrayna liderinin bəyanatları ölkəsinin vəziyyətini daha da pisləşdirir.