AZ

Millimiz DÇ-2025-də Rumıniyaya rəqib oldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib.

Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.

Yığmamız növbəti etapda Rumıniya ilə qarşılaşacaq. Qarşılaşma mayın 27-də, saat 21:00-da keçiriləcək.

Seçilən
0
27
sportinfo.az

10Mənbələr