AZ

Ölkə çempionatında mövsümə yekun vuruldu

Futbol üzrə Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Axar.az xəbər verir ki, sonuncu - XXXVI turda "Turan Tovuz" evdə "Kəpəz"i 4:0, "Zirə" isə səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Bakı təmsilçisi mövsümü 74 xalla ikinci, Naxçıvan klubu 58 xalla üçüncü, tovuzlular 55 xalla dördüncü, gəncəlilər isə 32 xalla doqquzuncu sırada başa vurub.

Seçilən
0
3
axar.az

10Mənbələr