25.05.2025-ci il tarixində saat 18:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, Xəstəxanadan verilən məlumata görə, oturaq sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində raktorçu Mustafayev Firdovsi İlqar oğlu ölüb, "QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta