“Turan Tovuz” – “Kəpəz” qarşılaşmasından sonra Azər Bağırov postundan ayrılacaq.
Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat verilib.
Bildirilib ki, “Kəpəz”in baş məşqçisi Azər Bağırov karyerasını burada davam etdirməkdə maraqlı deyil. Bu səbəbdən “Turan Tovuz”la qarşılaşmadan sonra istefa verəcək.
Buna səbəb təcrübəli çalışdırıcı ilə klubun yeni rəhbər şəxslərinin fikirlərinin üst-üstə düşməməsidir.
Maraq üçün bildirək ki, Bağırov Gəncə təmsilçisinin baş məşqçi postunda Adil Şükürovu əvəzləmiş, “sarı-göylər”i elitada saxlamağı bacarmışdı.
XANOĞLAN