AZ

Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb

Azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş, ikinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş erməni terrorçu Qaregin Njdenin Xocavənddəki abidəsi götürülüb.

 

Anews.az Unikal.az-a istinadən xəbər verir ki, ermənilərin "Milli Qəhrəman"ı olan Qaregin Njdenin abidəsi heykəltəraş Armen Petrosyan tərəfindən hazırlanıb. O, 26 sentyabr 2020-ci ildə separatçı rejim tərəfindən Xocavənddə ucaldılmışdı.

 

 

Müharibədən sonra rəsmi Bakının tələbi ilə 2021-ci ildə terrorçunun heykəlinin üzərinə örtük çəkilmişdi. İndi isə terrorçunun izi işğaldan azad edilən torpaqlarımızdan tamamilə silinib

Seçilən
0
4
anews.az

10Mənbələr