Şəkidə 2 mərtəbəli ev yanıb.

Leqal.info xəbər verir ki, günorta saatlarında rayonun Qoxmuq kəndində iki mərtəbəli evdə yanğın olub. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Yaşayış olmayan evdə yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info