AZ

“Uzak şehir”in “Alya”sından romantik paylaşım - FOTO

“Kanal D”nin reytinq rekordu qıran “Uzak şehir” serialında “Alya” obrazı ilə sevilən aktrisa Sinem Ünsal karyerası və sosial media paylaşımları ilə gündəmdən düşmür.

Musavat.com xəbər verir ki, Sinem “Instagram” hesabında romantik bir paylaşım edərək sevgilisi, aktyor Berk Cankata olan həsrətini dilə gətirib.

Kann Film Festivalında iştirak edən aktrisa sevgilisi ilə birlikdə olduqları fotonu paylaşaraq qeyd edib:

“Sənin üçün çox darıxmışam”.

CANKAT.jpg

Cütlük 2023-cü ildə öz münasibətini etiraf edib.

Sinem Ünsal bir neçə gün əvvəl 41 yaşını qeyd edən sevgilisi Berk Cankatın doğum gününü də romantik bir paylaşım ilə qeyd etmişdi. Aktrisa birlikdə olduqları fotolardan ibarət bir video paylaşaraq “Sevgilim, ad günün mübarək!” sözlərini yazmışdı.

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr