BAKI, 24 may. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan lideri İlham Əliyevə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin 20 illiyi münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Məktubda deyilir:
“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrini əhatə edən bu tarixi sənəd Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm mərhələ oldu və bir çox sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdı. Əminəm ki, birgə səylərlə biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmlənməsini təmin edəcək, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığın böyük potensialını reallaşdıracağıq".
Qeyd edək ki, iki ölkə arasında müqavilə 2005-ci il mayın 24-də Bakıda imzalanıb.