AZ

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib

Ukrayna ilə əsirlərin mübadiləsi barədə razılaşmalar çərçivəsində Rusiyaya 270 hərbçi və 120 mülki şəxs qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda onlar Belarus ərazisindədirlər.

Bundan əlavə, nazirlikdən bildirilib ki, cavab olaraq Rusiya Ukraynaya 270 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirini və 120 mülki şəxsi təhvil verib.

Qeyd edək ki, tərəflər arasında əsirlərin mübadiləsi ilə bağlı razılaşma İstanbulda keçirilən bu yaxınlardakı danışıqlar zamanı əldə olunub.

Seçilən
0
2
operativmm.az

2Mənbələr