AZ

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

15. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

16. Fətəli xan Xoyski prospekti, metronun "Gənclik" stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

17. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

18. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

19. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

20. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

21. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Seçilən
0
49
yenisabah.az

1Mənbələr